Azərbaycanlı biznesmenlər Gürcüstanda zavod tikəcəklər

tik

“Azərbaycan sərmayədarları Qara dəniz sahilində neft emalı zavodunun tikintisinə milyardlarla sərmayə yatırmağı planlaşdırır”. APA-nın Gürcüstan mətbuatına istinadən məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili Riqada keçirilən konfransda çıxış edərkən bildirib.

Baş nazir həmçinin ölkədə həyata keçirilən dəyişikliklər və islahatlar barədə danışıb. “Ölkədə biznes siyasi təzyiqdən azad olduqdan sonra sərmayə aktivliyi çoxalıb. 2013-cü ildə Dünya Bankının hesabatında Gürcüstan biznesin inkişafına görə, 9-cu yeri tutub. Biznes mühitinin təkmilləşdirilməsi nəticəsində edilən dəyişikliklər Vergi Məcəlləsində də yer alıb. Nəticədə biz yeni sərmayənin diqqətini cəlb etdik. Poti ərazisində 250 milyard dəyərində metallurgiya zavodunun tikintisi planlaşdırılıb”, – deyə o bildirib.

İvanişvilinin sözlərinə görə, ölkədə enerji, yüksək texnologiya və tibbi layihələr kimi sahələrə yardım üçün çoxmilyonlu müstəqil fond yaradılır: “Hökumət 5 milyardlıq özəl kapital fondu yaratmaq məqsədi ilə investorlarla işləyir.”


Comments are closed.