Azərbaycanlı dünya çempionu avtoqəzada öldü

22

 

Boks üzrə dəfələrlə dünya çempionu olmuş Mirqasım İsayev yol-nəqliyyat qəzasında həlak olub.

XALQ.AZ milli.az-a istinadən verdiyi məlumata görə, Rusiya Azərbaycanlı Gənclərinin Təşkilatının (AMOR) Kaluqa şəhərindəki şöbəsinin banilərindən biri, “AMOR-Kaluqa” futbol komandasının qapıçısı, məşqçi, 26 yaşlı M.İsayevlə vida mərasimi dünən keçirilib.

İki övlad atası doğma yurdunda, İmişli rayonunda dəfn ediləcək.

AMOR M.İsayevin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.