Azərbaycanlı model nişanlısını başqasıyla yaxaladı

7

Geniş tamaşaçı auditoriyasının böyük marağına səbəb olmuş, hər yeni bölümünün yayımı izləyicilər tərəfindən səbirsizliklə gözlənilən “Toy gecəsi” bədii televiziya serialının 11-ci seriyasında da bir sıra nəfəs kəsən hadisələr baş verir.

Toy gecəsi və ondan sonra ard-arda baş verən faciəvi hadisələrdən sonra ilk dəfə Aygün şirkətə işə çıxır. Yolda sürücüsündən Toğrulu qətlə yetirən keçmiş qaynı Cavidin hansı polis idarəsində saxlandığını öyrənəndən sonra Cavidlə görüşmək qərarına gəlir. Aygün polis idarəsində Səbinənin Cavidlə görüşdüyündən xəbər tutduqdan sonra onların arasında inanılmaz olaylar yaşanır. Nəhayət ki, Zülfiyyə Zərifəyə bətnində Toğrulun övladını gəzdirdiyini söyləməyə fürsət tapır. Amma…

Digər tərəfdən Gülya boşanma tələbinə görə Kərim vasitəsiylə Aslanı hədələyir. Gülyayla Aslan arasındakı konfilikt pik həddinə çatır. Tamaşaçılar əvvəlki bölümlərdən Aslan kimi xarakter sahibiylə oyun oynamağın hansı nəticələrə səbəb olduğunu az-çox bilirlər. Həmçinin gərginlik dolu, nəfəs kəsən bu seriyada Namiq Qaraçuxurlunun canlandırdığı Murad Qəhrəmanov obrazı da ən gözlənilməz situasiyalara düşür. O, Səbinəylə görüşmək qərarına gəlir. Bundan xəbər tutan, Muraddan intiqam almaq yanğısıyla alışıb-yanan Zaur onun nişanlısına bu görüş haqqında məlumat verir. Azərbaycanın məşhur modellərindən biri olan Aviya Paşazadənin canlandırdığı Aydan Muradı Səbinəylə görüşərkən yaxalayır. Və…

Bütün bu hadisələrin necə cərəyan etdiyini bilmək istəyirsinizsə, “Toy gecəsi” bədii televiziya serialının bu gün axşam saat 19.00-da ATV kanalında yayımlanacaq 11-ci bölümünü izləməyi unutmayın.