Azərbaycanlı münsiflər bəlli oldu – “Eurovision 2018”

Azərbaycan “Eurovision” üzrə ekspert jürisinin tərkibi açıqlanıb. 

XALQ.AZ xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytında məlumat verilib. 

Gələn həftə Portuqaliyada keçirilən yarışmanın milli münsifləri 5 nəfərən ibarətdir. Onlar xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, əməkdar artist İlahə Əfəndiyeva,caz ifaçısı Təranə Qəhrəman, aparıcı Nurlana Cəfərovadır.

Qeyd edək ki, münsiflər heyətinin səsləri ümumi səsvermədə 50% paya sahibdir.Onların balları tamaşaçı səsverməsinə əlavə olunur.

 

Elgün