Azərbaycanlılardan Ukraynaya yardım (FOTO)

Ukraina

Ukraynanın Xarkov şəhərinin azərbaycanlıları ölkədə son baş verən silahlı toqquşmalardan əziyyət çəkən bölgələrə humanitar yardım göstəriblər. XALQ.AZ-ın məlumatına görə, yardımla əlaqədar Ukraynanın 5-ci kanalına müsahibə verən Ukrayna-Azərbaycan Biznes Şurasının prezidenti Şahin Ömərov bildirib ki, Xarkovda olan azərbaycanlılar ukraynada baş verən son hadisələrə ağrı ilə yanaşır. Onun fikrincə Ukraynanın bu çətin günlərində həm ön cəbhə, həm arxa cəbəhədə olanlar ölkəsinin sərhədlərini qorumaq üçün əlindən gələni əsirgəməməlidir.

Azərbaycan Ukrayna “Dostluq” cəmiyyətinin rəhbəri Murad Ömərov isə müsahibəsində bilidirb ki, Ukraynada baş verən hadisələr bizim ümumi həm ukrayna həm də ukraynada yaşayan azərbaycanlıların dərdidir. “Mən fikirləşirəm ki, Ukrayna xalqı mütləq qalib gələcək və bunun baş verməsi üçün biz əlimizdən gələni edəcəyik” deyə Murad ömərov müsahibəsində qeyd edib.

Ukraina