Azərcelldən qalmaqallı sms

8

 

SMS qalmaqalı: Azercell milləti necə təhqir etdi?

Azercell mobil operator şirkəti vətəndaşın cibinə girməklə kifayətlənməyib, artıq onu təhqir etməyə və ələ salmağa başlayıb. jam.az xəbər verir ki, sözügedən şirkət bunu abunəçilərinə göndərdiyi SMS-lərlə reallaşdırır.

Ötən günlərdə Azercell abunəçilərinə göndərdiyi SMS-də isə həddi bir qədər də aşıb. ««Evdə qalmısan, niyə ərə getmirsən? 0,24 AZN» sözlərindən ibarət SMS sözün həqiqi mənasında vətəndaşın təhqiridir. Xüsusən də bu sözlər evlilik yaşı keçməkdə olan Azercell abunəçilərinə tuş gələrsə, ona nə qədər psixoloji və mənəvi təsir edəcəyini deməyə gərək yoxdur. Pul qazanmaq üçün insənlərin heysiyyatı ilə oynamaq isə yolverilməzdir.

Hər halda şirkətin bununla bağlı anlamlı və əsaslandırılmış bir açıqlaması olacaq.