“Azəriqaz”ın “Sayğac pulunda” vətəndaşları “qazlama” əməliyyatı

azeriqaz

Birlik Abşeron rayon sakini Şahin Səfərovu borca salıb

”Azəriqaz” İstehsalat Birliyi mənə saxta borc yazıb. Bu saxta borca görə də qazımı kəsiblər”. Xalq.az-a bu haqda bildirən, Abşeron şəhər sakini Şahin Səfərov, birliyin haqsızlıqlarından şikayətçidir. Onun sözlərinə görə, bir neçə ay öncə Abşeron Qaz İstismar sahəsinin işçiləri onun sayğacında müdaxilə olduğunu deyərək sayğacı açıblar. Lakin 3 ay sonra müəyyən olunub ki, sayğaca heç bir müdaxilə olunmayıb. Bu müddət ərzində sayğacdan istifadə etməyən abonentə 400 manat məbləğində borc yazılıb. Şahin Səfərov isə bunun qanunsuz olduğunu deyir. Şikayətçi sakinin sözlərinə görə, yazılan borcu ödəməyə imkanı olmadığından qazını da kəsiblər. Aylıq məvacibinin 150 manat olduğunu deyən Ş. Səfərov, bu məbləğin də ev ehtiyyaclarına güclə çatdığını bildirir. Məsələ ilə bağlı Azəriqaz İB-nin Abşeron rayon, Qaz İstismar sahənindən mövqe öyrənmək istəsək də, bu mümkün olmadı. İdarənin özündən razı rəisi, baş idarənin razılığı olmadan məlumat verə bilməyəcəyini dedi. Gün ərzində dəfələrlə Azəriqaz İB-nin ictimaiyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlasaq da zəngimzə cavab verən tapılmadı. Adətən susmaq razılıq əlaməti sayılır. Görünür Azəriqaz-da bu məsələdə təqsirli olduğunu bilir və qarşı tərəf kimi fikir bildirməyə söz tapmır. Biz isə istənilən vaxt onların mövqeyini öyrənməyə hazırıq. Yetər ki, onlar münasibət bildirməyə istəkli olsunlar.

P.S. Azeriqaz İB Xəzər rayonu Binə qəsəbəsi qaz istismar idarəsindəndə redaksiyamıza vətəndaşlar davamlı şikayətlər gondərirlər. Bu movzuyla əlaqədar araşdıram apardıqdan sonra məlumat veriləcəkdir.


Comments are closed.