Azad Rәhimov vәtәndaşları qәbul etdi

Gənclər və idman naziri Azad Rəhimov Quba rayonunda Quba, Qusar, Siyəzən, Şabran, Xaçmaz rayon və şəhər sakinlərini qəbul edib.

 

XALQ.AZ xәbәr verir ki, Heydәr Әliyev Mərkəzində baş tutan görüşdə ümumilikdə 20-dən artıq vətəndaşın idman, gənclər və digər sahələrlə bağlı müraciətlərinə baxılıb.

QHT-lərin yaradılması, layihələrə dəstək verilməsi və onların maliyyələşdirilməsi, gənclərin beynəlxalq tədbirlərdə iştirakı, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin sayının artırılması və onların müvafiq avadanlıqlarla təmin edilməsi gənclər sahəsini əhatə edən müraciətlər sırasında olub.

İdman sahəsində edilən müraciətlər isə əsasən, fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplesklərinin, idman mərkəzlərinin tikintisi və təmiri olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb, araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

 

 

Orxan