AZAL şəhidin ailəsinə hörmətsizlik etdi

1465477506_azal
Azərbaycan Hava Yolları şirkəti (AZAL) iki gün öncə şəhid olan Tural Həşimlinin ailəsinə Naxçıvana uçmaq üçün bilet verməyib.
XALQ.AZ xəbər verir ki, bu barədə jurnalist Naibə Qurbanova məlumat verib. Onun sözlərinə görə, şəhidin nəşini alan ailənin yalnız 5 üzvünə bilet verə bildiklərini deyiblər. Qalan ailə üzvləri isə aereportda gözləmək məcburiyyətində qalıblar.
Jurnalistin paylaşdığı bu məlumat sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib və şəbəkə istifadəçiləri AZAL-ın vətən uğrunda şəhid olan əsgərimizin ailəsinə göstərdiyi münasibət tənqid edilib.