Azaldan yeni il kamapaniyası

58

 

«Azərbaycan Hava Yolları» QSC Yeni İl bayramı ilə əlaqədar xüsusi endirim aksiyasına başlayıb. Belə ki, Avropaya «ora və geriyə» aksiyası çərçivəsində Bakıdan London, Milan, Roma, Paris, Praqaya cəmi 199 avro gedib gəlmək mümkündür. QSC-dən Xalq.az -a verilən məlumata görə, bu qiymətə yığım və rüsumlar daxil deyil.

Məlumata görə, aksiyanın biletlərini 25-31 dekabr tarixlərində əldə etmək mümkündür. Uçuşlar isə 2014-cü il yanvarın 15-dən fevralın 28-dək həyata keçirilməlidir.

Qeyd edək ki, aviabiletin dəyişdirilməsi və qaytarılmasına icazə verilmir.