Azyaşlı uşağı FHN-nin əməkdaşları xilas etdi

 

55

Xalq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki , Bakı şəhəri, Suraxanı rayonunda mənzildə bağlı qapı arxasında azyaşlı uşaq köməksiz vəziyyətdə qalmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, azyaşlı giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzilə qonşu mənzilin eyvanından enərək daxil olmuşlar. Mənzilə baxış keçirilərkən azyaşlı yatmış vəziyyətdə aşkarlanmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 00:13-də başa çatmışdır.