Bələdiyyə sədri qadın jurnalistin qıçına əl atdı (VİDEO)

Boliviyanın Santa Kruz şəhərinin bələdiyyə sədri Persi Fernandez efirdə qadın jurnalistin ayağına əllə toxunub.
Xalq.az-ın xəbərinə görə, Boliviyada Santa Kruz şəhərinin bələdiyyə sədri Persi Fernandez iştirak etdiyi televiziya proqramlarından birində əllə təcavüz etdiyi jurnalist Mersedes Quzmandan üzr istəyib. O, bu hərəkətilə jurnalisti hirsləndirmək istəmədiyini və yaranan xoşagəlməz söz-söhbətlərə görə təəssüfləndiyini söyləyib.

Televiziyada canlı olaraq yayımlanan görüntülərdə bələdiyyə sədrinin yanında əyləşən jurnalistin ayağına toxunduğu, ikinci tərəfin isə bundan narahat olaraq bələdiyyə sədrinin əlini uzaqlaşdırmağa çalışdırdığı görülür.

Proqramdan sonra Bolivyada çox sayda millət vəkili, jurnalist və qadın hüquqları müdafiəçisi 75 yaşlı bələdiyyə sədrinin həmin hərəkətini qınayıb.

Qeyd edək ki, jurnalist Quzmanın həyat yoldaşı isə Fernandezin cəmiyyətin qarşısında üzr istəməsini tələb etmiş, əks halda qanuni yollara müraciət edəcəyini açıqlamışdı.