Bələdiyyə sədri timsahla evləndi

Timsah

Meksikada bələdiyyə sədri timsahla evlənib.

XALQ.AZ-ın məlumatına görə, Meksikada kiçik bir balıqçı şəhəri olan San Pedro Huamelulanın bələdiyyə sədri sehirli şahzadə sayılan bir timsahla evlənib.

Yerli xalq timsahın həqiqətən sehirli olduğuna inanır. Əslində bu keçmişdən qalma ənənəvi bir mərasimdir. Mərasim qaydalarına əsasən timsaha gəlinlik geydirilib, başına tül keçirilib.

Batil inancları güclü olan yerli balıqçılar mərasimin onlara uğur gətirəcəyinə inanır. Bələdiyyə sədri Xoel Vaskues Rojas isə öz növbəsində “şahzadə” ilə evləndiyi üçün çox xoşbəxt olduğunu söyləyib. Nikahdan əvvəl avtomobil karvanı bütün şəhəri gəzib. Nikah mərasimindən sonra isə kürəkən gəlinlə bir az rəqs edib.

Mərasimdə bütün şəhər sakinləri iştirak edib. Mərasimin təşkili üçün pul vermək istəməyənlər isə cərimə olunublar.