Bələdiyyələrin fəaliyyətində nöqsanlar çoxdur

13

Bələdiyyələrin fəaliyyətində nöqsanlar çoxdur. Bu səbəbdən də bələdiyyələrə əlavə səlahiyyətlər verilməlidir”. SİA-nın məlumatına görə, bunu Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə deyib.

Onun sözlərinə görə, bələdiyyələrin fəaliyyətindəki nöqsanların aradan qaldırılması üçün onların səlahiyyətləri bir qədər də artırılmalıdır: “Hesab edirəm ki, məişət tullantıları ilə bağlı məsələləri bələdiyyələrin səlahiyyətinə vermək lazımdır. Bunun üçün isə onların büdcələri artırılmalıdır ki, fəaliyyətləri daha da genişlənsin”.

Millət vəkili onu da qeyd edib ki, Milli Məclisin yaz sessiyasında bələdiyyə torpaqlarının mövsümü icarəyə verilməsi məsələsi öz həllini tapmadı:
“Buna müqavimətlər oldu. Aiddiyyatlı nazirliklər buna etiraz edirlər. Biz onlarla işləyirik və bu iş davam etdirilir. Mən güman edirəm ki, biz məsələni yerindən tərpədəcəyik. Ümid edirəm ki, payız sessiyasında yenidən bu məsələ öz həllini tapacaq