Bərdədə məvacib əməliyyatı

65

 

 

Bərdə dövlət müəssələrində özbaşınalıq. İcra başçısının tapçırığına əsasən məvaciblər tam ödənilmir.

 

Bərdə rayon icra başçısı Vidadi İsyaev  büdcə təşkilatında çalışanların hər birinin maəvacibindən pul tutulması barədə yerli maliyyə müdirinə tapşırıq verib.Xalq.az-a daxil olan məlumatlara görə müəllimlərdən, həkimlərdən,mədəniyyət işçilərinədn aylıq məvaciblərindən 10 faizi tutulur. Məlumat verənlər bildirirlər ki, «Onsuz da bizim dolanışığı çətindir. Məcburuq ki, ailəmizi dolandıra bilmək üçün əlavə işlər görək, təsərrüfatla, əkin-biçinlə məşğul olaq. Uşaq hazırlaşdırmaqla balalarımızı saxlayırıq, ev şəraitində xəstələri müaəlicə edək. İndi də başçının tapşırığına əsasən  olan-qalan maaşımızda əlimizdən alınır. .Müəllimlər iddia edir ki, keçən ay maaşlarından 20 manatdan pul tutulub: «Bu pulu rəsmən başçının adından yığılıb. Təkcə bizim yox, digər büdcə təşkilatında çalışanların da əməkhaqqıları kəsirlə verilib. Bank kartına əskik pul ötürülür. Bu da onu göstərir ki, icra başçısı həmin pultutma əməliyyatı üçün Bakıdan da özünə dəstəkverən tapıb. Yəni maliyyə nazirliyində.

 

Qarşı tərəfi də dinləməyə hazırıq…