Bərdədə silah alverçisi tutulub

15

 

 

Bərdə rayon sakini odlu silah və vasitələrini satarkən tutulub.

Baş Cinayət-Axtarış İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayon sakini Qafqaz Bədəlov 1 “AKSU” markalı silahı, 27 patronu və 1 ədəd patron darağını satarkən tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, həmin silah və sursatı Q.Bədəlova verən Tərtər rayon sakini İsa Hüseynov da yaxalanıb.

Faktla əlaqədar cinayət işi açılıb, araşdırmalar davam edir. /AzVision.az/