Bəxtiyar Əsgərov Qırğız səfirliyində

 

XALQ.AZ xəbər verir ki, Naxçıvanın Bakıdakı daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov qardaş Qırğız Respublikasında baş vermiş təyyarə qəzasında çox sayda insanın vəfatı və yaralanması ilə əlaqədar bu ölkənin Azərbaycandakı Səfirliyində olmuş, fövqəladə və səlahiyyətli səfir cənab Aycigit Buranova Naxçıvan Muxtar Respublikası adından başsağlığı vermiş, açılmış matəm kitabını yazmışdır.