Bahar Muradova: “Azərbaycan parlamentarizminə aid toplu hazırlanır”

Azərbaycan Parlamentarizm tarixi ilə bağlı iki cildlik toplu hazırlanır.

 

XALQ.AZ  xəbər verir ki, bu barədə vitse-spiker Bahar Muradova məlumat verib.

B.Muradova  spiker Oqtay Əsədovun tapşırığı ilə Milli Məclisin yubileyinə hazırlıq qrupu yaradılıb.

“Çox böyük yubiley tədbiri keçiriləcək. Yəqin ki, tədbir payız aylarında baş tutacaq. Yubiley tədbiri vacibdir,lakin bununla yanaşı Milli Məclisin yüz illik yubileyinə dair medalı üzərində də iş aparılır. Hazırda medalın təsviri, adı üzərində iş gedir.  Burada tariximizə sahib çıxmağımızla bağlı müzakirələr aparılır. Bu müzakirələrə son qoymaq üçün bildirirəm ki, millət vəkili Musa Qasımlının rəhbərliyi ilə  Azərbaycan parlamentarizminə aid toplu hazırlanır. Azərbaycanda  tarixən möcud olan dövlətlərdə məşvərət, şuiraları, o dövrün parlamentini əvəz edən şuraların fəaliyyəti araşdırılır. Hər dövrə uyğun tarixi faktlar ayrı-ayrı bölmələr üzrə təqdim ediləcək.  Kitab iki cilddə olacaq qədim dövrdən 1991-ci ilə qədər, bura birinci və ikinci respublikalar daxil olacaq. İkinci cilddə isə 1991-ci ildən 2018-ci ilə qədər parlament tariximizlə bağlı qürur doğuran faktlar əks olunacaq. Hesab edirəm ki, bu toplu Parlamentarizm və Cümhuriyyət tarixinə önəmli tövhə olacaq. Bununla da parlamentin yüz illik yubileyi ilə bağlı şübhə doğruran fikirlərə, mətbuat və parlamentdə Milli Məclisin yüz illik yubileyi ilə bağlı müzakirələrə son qoyulacaq”.

 

Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir