Bahar Muradova: “Görək Paşinyan özündə güc tapacaqmı?!”

Mili Məclisin sədr müavini Bahar Muradova Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsini “ona hərbi tribunalın yolu görünür” deyə şərh edib.

XALQ.AZ xəbər verir ki, Bahar Muradova Koçaryanın azərbaycanlılara qarşı vəhşi əməllərini bu cür xarakterizə edib:

“Cox istərdim ki, bu həbs bir siyasətcinin, indi isə bir dövlət başcısının fərdi “qisas aktı”ndan daha cox əli nəinki minlərlə azərbaycanlının qanına bulaşmış, eləcə də siyasi ambisiyalarnın reallaşması ücün hətta öz soydaşlarının belə kütləvi qətlinə sərəncam vermiş, dövlət başcısı və insanlıq adına ləkə olan bir “canlı”nın bütün törətdiklərinə görə onunla həmrəy və cinayətlərinə şərik olanların da ədalət mühakiməsinə cəkilməsi olaydı. Görək Paşinyan özündə güc tapacaqmı?!”.

 

 

Orxan