Bahar Muradova səs verdi

Milli Məclis sədrinin müavini, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova prezident seçkiləri ilə bağlı səsvermə hüququndan istifadə edib.
XALQ,AZ xəbər verir ki, vitse-spiker 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 3 saylı məntəqəsində ailə üzvləri ilə birlikdə səs verib.
Səsvermədən sonra Bahar Muradova ilk dəfə səsvermə hüququndan istifadə edən gənc Aslan Mirzəyevlə görüşüb və ona uğurlar arzu edib.

 

 

Elgün