Bahar Muradova: “Vaxtilə Heydər Əliyevi kəskin tənqid edənlərdən bu gün Milli Məclisdə əyləşənlər var”

“Ulu Öndər Heydər Əliyevin bir vaxtlar peyğəmbərcəsinə dediyi “Mən daim Azərbaycanda olacağam” ifadəsi bu gün öz həqiqi təsdiqini tapır. Heydər Əliyevin daim Azərbaycanda var olması üçün biz sağ olduğumuz müddətdə onun ideyalarına sadiq olmalıyıq, bizim üçün qoyub getdiyi irsə yaradıcı yanaşmalıyıq”.

XALQ.AZ  xəbər verir ki, bu sözləri Parlamentin vitse-spikeri Bahar Muradova Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxışı zamanı deyib.

B.Muradova bir vaxtlar Heydər Əliyev əleyhinə çıxış edənlərin, 15 il sonra onun böyüklüyünü dərk etdiyini bildirib:
“Heydər Əliyev ideyalarını zamanın sınaqlarından keçirib irəli aparmağı bacarmalıyıq. Necə ki, bu gün Heydər Əliyevin hüquqi varisi İlham Əliyev bu işi uğurla həyata keçirir. Hər  birimiz bu işdə onun yanında olmalı, ona dəstək olmalıyıq. Heydər Əliyevin yenilməzliyinə xidmət etməliyik. Burada səsləndirilən fikirlərin bir çoxuna şərikəm. Heydər Əliyev sağlığında həm də tənqid edilirdi. Onun ünvanına kəskin şəkildə tənqidlər də səsləndirilirdi. Bu gün onların arasında bu salonda əyləşənlər də var. Bu müddət ərzində onların həyatında müşahidə etdiyim ən böyük naliyyət son 15 il ərzində Heydər Əliyevin kim olduğunu anlamağa başlamalarıdır. Bir çoxu vaxtilə ilə Heydər Əliyevi yalnız opponent kimi görən, müxalifətçilik etmək xətrinə ona qarşı çıxırdılarsa, bu gün ona ehtiyac görmürlər. Amma nədənsə bu gün həmin insan burada çıxış etmirlər. Nədən çəkindiniz, sosial şəbəkələrdənmi? Yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Ulu Öndər Heydər Əliyevin böyük ruhu bütün xəyanətlərin qarşısında böyük görünür. Ulu Öndəri anlamayan insanlar bədbəxt adamlardır. Nə qədər Azərbaycan var, Ulu Öndər onu sevələrin ürəyində yaşayacaq. Bir sözlə Onun dövlətə xalq, millətə fayda gətirən ideyalardan doğan şəfəqlər Ulu Öndəri sevənlərin qəlbinə işıq saçacaq, Ümummilli Lideri sevməyənlərin isə gözünü qamaşdıracaq”.
B.Muradova qeyd edib ki, Heydər Əliyev böyük azərbaycanlı olduğu üçün bu nöqsanlara fikir vermirdi:
“Bizə də hər zaman kəskin olduğumuz dövrlərdə yalnız fikir mübadiləsi ilə problem aradan qaldırmaq yolunu göstərirdi. Hər şeyin bir zamana ehtiyacı var deyən bir şəxsiyyət də olub Azərbaycan tarixində. Elə onun özünə münasibətdə bu məsələ həllini tapdı.  Heydər Əliyevin  liderliyi, tam şəxsiyyət olması da bundadır”.

 

 

Orxan