Bakı bəyannaməsi imzalandı

 

“Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunu üzrə bəyannamə imzalanıb”.

XALQ.AZ məlumat verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Rəşid Meredov arasında IV üçtərəfli görüş keçirilib.

Görüşdə üç ölkə arasında siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın inkişafı, eləcə də regional layihələrin icrası məsələləri müzakirə olunub.

Scroll to top