Bakı deklarasiyasını qəbul olundu

54

 

Azərbaycan, Türkmənistan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov, Rəşid Meredov və Əhməd Davudoğlu Bakı deklarasiyası qəbul ediblər.

Bu barədə Azərbaycan XİN-in rəhbəri Elmar Məmmədyarov üçtərəfli görüşün yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Bu, Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatında keçirilən ilk görüşdür.

Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcudur və göstərilən dövlətlərin XİN rəhbərlərinin və prezidentlərinin sammitləri keçirilir.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu hələ ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının 20-ci iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair qərar haqqında bəyan etmişdi.(trend)