Bakı polisi hərəkətə keçdi- Əməliyyat qrupu yaradıldı

POLIS

 

Bakıdakı “Metropark” ticarət mərkəzinin ərazisinə giriş bağlanıb və oradakı şəxslər təxliyə olunublar.

Səbəb isə binaya partlayıcı qurğu yerləşdirilməsi barədə zəng olub.
Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, anonim zəng bu gün 18.00 radələrində şəhərdəki taksofonların birindən edilib. Ərazini yoxlayan mütəxəssislər şübhəli heç nə aşkar etməyiblər. Hazırda “telefon terrorçusu”nun axtarışları davam etdirilir.

Scroll to top