Baytarlıq İdarəsinin “dönərxana əməliyyatı”

Doner

Ölkə bazarlarında və ictimai iaşə obyektlərində istifadəyə yararsız ətlərin tez-tez müşahidə edilməsi günümüzün acı reallığıdır. Xatırladaq ki, bununla bağlı indiyə qədər onlarla fakt aşkarlansa da hələ də problemin köklü həlli istiqamətində əməli addamlar atılmayıb. Bunun səbəbi isə heç şübhəsiz ki, müvafiq orqanların, konkret halda Bakı şəhər Baş Baytarlıq İdarəsinin işinə məsuliyyətsiz yanaşmasıdır.

XALQ.AZ-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Baytarlıq İdarəsinin əməkdaşları bu kimi halların qarşısının alınmasında maraqlı deyil, çünki onlar bu işdən kifayət qədər böyük qazanc əldə edirlər. Çünki ucuz yeməkxanalara, xüsusən də paytaxtda hər addımda fəaliyyət göstərən dönərxanalarda mənşəyi bəlli olmayan ətlərdən istifadə olunduduğu heç kimə sirr deyil. Və bu mənşəyi bəlli olmayan ətlərin dönərxanalarda kütləvi şəkildə istifadə olunmasına görə Bakı şəhər Baş Baytarlıq İdarəsi birbaşa məsuliyyət daşıyır. Bu barədə daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Baytarlıq İdarəsinin sahə həkimləri paytaxtda fəaliyyət göstərən hər bir dönərxanadan ayda 150 manat «haqq» alırlar. Bu məbləği ödəmyən heç bir dönərxana Bakıda fəaliyyət göstərə bilməz və bu imkansızdır. Nəzərə alsaq ki, bu gün Bakının hər bir küçəsində demək olar ki, bir neçə dönərxana fəaliyyt gösərir və bu dönərxanaların sayı paytaxtda minlərlədir, o zaman Bakı şəhər Baş Baytarlıq İdarəsinin hər ay topladığı məbləğ fantastik görünür. Hərraca qoyulan isə əhalinin sağlamlığı və genefondumuzdur. Hər halda istifadəyə yararsız ətlərə müsbət rəy verənlər bunun əslində qanunsuzluq olduğunu gözəl bilir. Sadəcə olaraq, onların daha çox qazanmaq sevdası o qədər güclüdür ki, bu onlara qanunları tapdalamaq cəsarəti də verir. Mövzuya qayıdacağıq. Bakı şəhər Baş Baytarlıq İdarəsinin “dönərxana əməliyyatı” Ölkə bazarlarında və ictimai iaşə obyektlərində istifadəyə yararsız ətlərin tez-tez müşahidə edilməsi günümüzün acı reallığıdır. Xatırladaq ki, bununla bağlı indiyə qədər onlarla fakt aşkarlansa da hələ də problemin köklü həlli istiqamətində əməli addamlar atılmayıb. Bunun səbəbi isə heç şübhəsiz ki, müvafiq orqanların, konkret halda Bakı şəhər Baş Baytarlıq İdarəsinin işinə məsuliyyətsiz yanaşmasıdır.

XALQ.AZ-a daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Baytarlıq İdarəsinin əməkdaşları bu kimi halların qarşısının alınmasında maraqlı deyil, çünki onlar bu işdən kifayət qədər böyük qazanc əldə edirlər. Çünki ucuz yeməkxanalara, xüsusən də paytaxtda hər addımda fəaliyyət göstərən dönərxanalarda mənşəyi bəlli olmayan ətlərdən istifadə olunduduğu heç kimə sirr deyil. Və bu mənşəyi bəlli olmayan ətlərin dönərxanalarda kütləvi şəkildə istifadə olunmasına görə Bakı şəhər Baş Baytarlıq İdarəsi birbaşa məsuliyyət daşıyır. Bu barədə daxil olan məlumatda bildirilir ki, Bakı şəhər Baş Baytarlıq İdarəsinin sahə həkimləri paytaxtda fəaliyyət göstərən hər bir dönərxanadan ayda 150 manat «haqq» alırlar. Bu məbləği ödəmyən heç bir dönərxana Bakıda fəaliyyət göstərə bilməz və bu imkansızdır. Nəzərə alsaq ki, bu gün Bakının hər bir küçəsində demək olar ki, bir neçə dönərxana fəaliyyt gösərir və bu dönərxanaların sayı paytaxtda minlərlədir, o zaman Bakı şəhər Baş Baytarlıq İdarəsinin hər ay topladığı məbləğ fantastik görünür. Hərraca qoyulan isə əhalinin sağlamlığı və genefondumuzdur. Hər halda istifadəyə yararsız ətlərə müsbət rəy verənlər bunun əslində qanunsuzluq olduğunu gözəl bilir. Sadəcə olaraq, onların daha çox qazanmaq sevdası o qədər güclüdür ki, bu onlara qanunları tapdalamaq cəsarəti də verir.

Mövzuya qayıdacağıq.