Bakı səmasında naməlum obyekt (VİDEO)

Avqustun 24-də, axşam saat 22.05-də Hövsan qəsəbəsinin sakinləri səmada qəribə uçan obyekt görmüşdülər. Onların fikrincə, səmada uçan naməlum obyekt (UNO) vardı.

XALQ.AZ-ın milli.az-a istinadən verdyi məlumatına görə, bu barədə day.az-a hadisə şahidləri xəbər veriblər. Onların dediklərinə görə, səmadakı obyekt sahilə sürətlə yaxınlaşıb, təxminən 1 dəqiqə səmada “vurnuxub”, sonra yoxa çıxıb.

Azərbaycanlı ezoterik Vaqiv Ələkbərovun dediyinə görə, Hövsan qəsəbəsinin yaxınlığında aerodrom olduğundan səmadakı obyekt təyyarə də ola bilərdi.

“Lakin təyyarələrdə olan tanınma işıqları və digər aeronaviqasiya işıqları bu obyektdə yoxdu. Obyekt qeyri-simmetrikdi və təyyarə üçün əsla səciyyəvi olmayan çoxsaylı detallara malikdi. Bu obyektin UNO olmasına dəlalət edən daha bir məqam hövsanlıların oradan uçan təyyarələrə alışmalarıdır. Əgər sözügedən obyekt təyyarə olsaydı, onlar təəccüblənməzdilər”, – V. Ələkbərov deyib.

Onun sözlərinə görə, UNO-lar bəzən mimikriya edərək təyyarə formasını da ala bilirlər.