Bakı səmasında parada hazırlıq uçuşları davam edir

Azərbaycan ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə parada hazırlıqlarını davam etdirir.

XALQ.AZ xəbər  verir ki, iyunun 20-də hərbi təyyarə və helikopterlərin Bakı şəhəri üzərində növbəti uçuşları həyata keçirilib.

Uçuşlar əsasən paradın keçiriləcəyi “Azadlıq” meydanının üzərində olub.

Qeyd edək ki, iyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Bakıda parad keçiriləcək.

 

Orxan