Bakıda 10 yaşlı uşaq faciəli şəkildə öldü

usaq

Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün axşam saatlarında Şüvəlan qəsəbəsində yerləşən “Arzu” düşərgəsində qeydə alınıb.

Orada məskunlaşan, Cəbrayıl rayonundan olan məcburi köçkün 10 yaşlı Kənan Fərhadov həyətdə oynayarkən elektrik naqilinə toxunub. Nəticədə onu cərəyan vuraraq öldürüb. Bu zaman azyaşlının əmisi, 23 yaşlı Habil Fərhadov onu xilas etmək istəyərkən onu da cərəyan vuraraq öldürüb.

Hadisə yerinə Xəzər rayon Prokurorluğunun əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır.