Bakıda 2 nəfərin faciəsi

 

699

 

Bakıda avtomobil vurması nəticəsində 2 piyada ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə sentyabrın 19-u saat 23:45 radələrində Sabunçu rayonu, Şəhər şossesində baş vrib.

Həmin yolda 1959-cu il təvəllüdlü Ələmdar Həsənov idarə etdiyi “Mercedes” markalı avtomobillə 1969-cu il təvəllüdlü Orduxan Lətifovu vurub. O.Lətifov aldığı xəsarətdən hadisə yerində ölüb.

Təxmin eyni vaxtda, saat 23:50 radələrində Yeni Suraxanı qəsəbəsində 1966-cı il təvəllüdlü Malik Dadaşov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə 1960-cı il təvəllüdlü Bəxtiyar Muradovu vurub. Nəticədə yaralı xəsarətlərlə daxil olduğu xəstəxanada ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.