Bakıda 2 yaşlı uşaq öldü

skor

Bakıda ailə faciəsi: 2 yaşlı uşaq öldü, dayısının vəziyyəti ağırdır

Bakıda ailə faciəsi baş verib. APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri, Zaur Araz oğlu Rəhimov və onun bacısı qızı, 2 yaşlı Fəridə İsgəndər qızı Paşayeva qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq F. Paşayevanın həyatını xilas etmək mümkün olmayıb. Z. Rəhimovun vəziyyəti isə ağır olaraq qalır.