Bakıda 2015-də dəyişiklik

bakı

Bakıda Avropa Oyunları 2015-dək istifadəyə veriləcək yolların tikintisi və yenidənqurulması planı açıqlanıbBakıda 2015-ci ildə keçiriləcək Avropa oyunları ilə əlaqədar “Tədbirlər Planına” uyğun həyata keçiriləcək yol infrastruktur layihələri açıqlanıb.

Trend-in məlumatına görə, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində bildirib ki, Heydər Əliyev prospektində, “Şəfa” stadionunun qarşısında yeraltı keçid qovşağının, Ziya Bünyadov prospekti üzərində yol qovşaqlarının, Mikayıl Əliyev küçəsinin Koroğlu metro stansiyasından Babək prospektinə qədər olan hissəsinin, Babək prospektinin yenidən qurulması, Həsən Əliyev küçəsinin sonundan Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel Koroğlu metro stansiyasına qədər yolun tikintisi və s. işlər nəzərdə tutulub.

C.Qurbanov qeyd edib ki, artıq Zabrat-Maştağa- Buzovna avtomobil yolunun I texniki dərəcəyə uyğun yenidən qurulması, Buzovna-Mərdəkan-Qala avtomobil yolunun Buzovna-Mərdəkan hissəsinin, Zığ dairəsi-Heydər Əliyev adına Hava Limanı avtomobil yolundan Qala stansiyasına gedən avtomobil yolunun, Sərdar Səfərov, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində yeraltı piyada keçidlərinin, Qələbə meydanında (“Gənclik” metro stansiyası) müxtəlif səviyyəli yol qovşağının tikintisi başa çatdırılıb.

“İnanırıq ki, nailiyyətlərimiz ilbəil daha da artacaq, ölkə başçısının rəhbərliyi ilə bir-birindən mühüm layihələrin reallaşdırılması Azərbaycanın yol infrastrukturunu beynəlxalq standartlar səviyyəsinə çatdıracaqdır”, – Qurbanov deyib.


Comments are closed.