Bakıda ana körpəsini atdı

Ana

Bakıda yeni doğulmuş oğlan uşağı tapılıb.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sabunçu rayonunun Albalılıq bağlar sahəsində Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşları tərəfindən yeni doğulmuş oğlan uşağı tapılıb. Uşaq körpələr evinə təhvil verilib.

Araşdırmalar zamanı uşağın anası, Bakı şəhər sakini Fatimə İsgəndərova olması müəyyən edilib. Ana hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bölmədən verilən məlumata görə, qadın övladını kasıbçılq üzündən tək edib. Verilən məlumata görə, qadın ərindən boşanıb. “Bu səbəbdən də körpəsini böyüdə bilməyəcəyindən qorxub. Ona görə də, o, uşağını küçəyə atıb”.

Faktla bağlı araşdırma aparılır.