Bakıda Anadolu türk liseyi açıldı

 

28

Azərbaycanda Türkiyənin Baş naziri kimi ilk dəfə rəsmi səfərdə olan Əhməd Davudoğlu Bakıda Anadolu türk liseyinin açılışında iştirak edib. Bu barədə SİA “TRT Haber” telekanalına istinadən məlumat verir.

Liseyin açılışında iştirak edən Ə.Davudoğlu Azərbaycan və Türkiyənin bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də əməkdaşlığa yüksək qiymət verdiyini açıqlayıb.

Baş nazir onu da qeyd edib ki, bu əməkdaşlıq bundan sonra da davam edəcək və Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün daha yaxşı şərtlər yaradılacaq