Bakıda arvadını bıçaqlayan kişi özünü asdı

Asdi

Bakıda dəhşətli cinayət törədilib. Həyat yoldaşını bıçaqlayan şəxs özünü öldürüb.

XALQ.AZ-ın məlumatına görə, hadisə Zabrat qəsəbəsi, Nəriman Nərimanov küçəsində qeydə alınıb. Qəsəbədə ev 19 ünvanında yaşayan 1974-cü il təvəllüdlü Zaur Mirzəyev həyat yoldaşı Təhminə Abdullayevanı bıçaqlayıb. Hadisə qısqanclıq zəminində baş verib. Belə ki, ər həyat yoldaşının ona xəyanət etdiyini düşünüb.

Z.Mirzəyev törədtdiyi əməldən sonra qan işində olan qadının öldüyünü zənn edib. O, evlərinin yaxınlığında özünü asraq intihar edib. Hadisədən ilk xəbər tutan mərhumun anası olub. Evə gələn ana oğlunu sağ görüb. Evdən çıxan Zaur həkim gətirməyə getdiyini deyib. Bundan bir necə dəqiqiə sonra o özünü qonşu həyətdə asıb.

Xəstəxanaya yerləşdirilən T. Abdullayevanın həyatını xilas etmık mümkün olub.
Cütlük 14 il ailəli olub. Onların iki övladı var.
Faktla bağlı istintaq gedir.