Xalq.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Qaradağ rayonunda qeydə alınıb. “İVECO” markalı sərnişin avtobusunun mühərrik hissəsinin yandığı bildirilir. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 14:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.