Bakıda bəy maşını uşağın üstünə sürdü

 

Bakıda toy karvanında təhlükəli anlar yaşanıb. Bəylə gəlinin olduğu avtomobilin qarşısını kəsən şəxs ölümlə üz-üzə qalıb.

 

XALQ.AZ-ın məlumatına görə, digər avtomobillərdən birinin reqistratoru tərəfindən qeydə alınan hadisə avqustun 11-də, saat 18.15-də Xətai rayonu, Məhəmməd Hadi küçəsində baş verib.

 

Videodan da göründüyü kimi, “Mersedes-Gelandevagen” markalı avtomobil yeniyetmə piyadanı qarşısına alaraq hərəkət edir. Çox güman ki, həmin yeniyetmə köhnə adət-ənənə ilə toy karvanında bəy-gəlin maşınının qarşısını kəsib şirinlik almaq istəyirmiş. Lakin avtomobili idarə edən bəy hərəkəti davam etdirir, yeniyetmə isə əlini maşına söykəyib arxaya qaçır. Bu vəziyyət təxminən 150-200 metr məsafədə davam edir. Lakin bəy pul verməmək üçün maşını saxlamır.

Scroll to top