Bakıda Benzin bahalaşdı

Bakıdakı yanacaqdoldurma məntəqələrində Avropa standartlarına uyğun “AI-95 Premium” benzin bahalaşıb. 
 
Benzin
BAKU.WS-in məlumatına görə, “AI-95 Premium” benzinin qiyməti 0,95 AZN-dən 1,05 AZN-ə qaldırılıb.
Qeyd edək ki, “Premium Euro-95” markalı benzin Azərbaycana xaricdən gətirilir. Bu benzinlər isə «Avro-4» standartlarına uyğundur. “AI-98” markalı benzin kimi, “AI-95 Premium” da Rumıniyadan idxal olunur.
XALQ.AZ xəbər verir ki, digər benzin markalarının qiymətinin dəyişməsi barədə məlumat yoxdur.