Bakıda biznes mərkəzində atışma-Ölən var

Silah-1

 

Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində silahlı insident baş verib.

XALQ.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən “İraq Hava Yolları” aviaşirkətinin ofisində baş verib.

İnsident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.