Bakıda çörək sexi bağlandı

Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliçiliyində olan çörəkbişirmə müəssisəsinin ləğv olunduğu elan edilib.

Müvafiq məlumat “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alıb.

Məlumatda qeyd edilib ki, Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin tabeliçiliyində, hüquqi ünvanı Bakı şəhəri, Yeni Əhmədli qəsəbəsi, general Mehmandarov küçəsi 2 olan “Azərtaxıl” Dövlət şirkətinin “Azərçörək” İB-nin 20 saylı şörəkbişirmə müəssisəsi ləğv olunduğunu elan edir.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Z. Xəlil küçəsi 11 a ünvanına bildirə bilərlər.

Müəssisə Ədliyyə Nazirliyində 24.07.1996-ci il tarixində D-1378 saylı şəhadətnamə ilə dövlət qeydiyyata alınıb.