Bakıda dəhşətli qəza…

XALQ.AZ REPORT-a istinadən xəbər verir ki, Bakıda yanğınla nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Suraxanı rayonunda VAZ və KİA markalı minik avtomobillərinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğın nəticəsində VAZ markalı minik avtomobilinin yanar hissələri yanıb və avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsiyyətləri məlum olmayan 3 nəfərin yanmış cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Digər avtomobil yanğından mühafizə olunub. Əməliyyat saat 09:02-də başa çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.