Bakıda döyüş olacaq

Boks

Ümumdünya Boks Seriyasının (WSB liqası) finalı Bakıda keçiriləcək.

XALQ.AZ-ın məlumatına görə, Boks üzrə Dünya Seriyasının finalı iyunun 6-sı və 7-si “Baku Fires” və “Cuba Domadores” komandaları arasında baş tutacaq.

Görüşlər “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək. Komandamıza dəstək olmaq və döyüşü izləmək üçün saat 19:30-dan etibarən öz yerlərinizi tutmalısınız. Giriş pulsuzdur.

Qeyd edək ki, komandamız yarımfinalda Qazaxıstanın “Astana Arlans” klubunu, kubalılar isə Rusiya boksçularını məğlub ediblər.