Bakıda evdən qadın meyiti tapılıb

 

23

Bakının Yasamal rayonunda evdən qadın meyiti tapılıb.

Xalq.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin böhran mərkəzinə 1947-ci il təvəllüdlü Dosiyeva Gülbahar Nemət qızının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsindəki mənzilə baxış keçirərkən G.Dosiyeva huşsuz vəziyyətdə və daha bir nəfər isə fiziki qüsurlu (görmə, eşitmə və danışma qabiliyyəti olmayan) şəxs aşkarlanıb.

 

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində G. Dosiyevanın vəfat etdiyi müəyyən olunub.