Bakıda faciə nəticəsində qadın öldü

2

Ötən gün Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

XALQ.AZ-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, faciə nəticəsində pəncərədən yıxılan qadın ölüb.

Belə ki, rayon sakini Qəmər Hacıyeva yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbədən yıxılıb. Qadın mənzilin pəncərəsindən ehtiyatsızlıq nəticəsində düşüb.

Qadın hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.