Bakıda festival keçiriləcək

Caz

2014-cü il 19 oktyabr-1 noyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Beynəlxalq Caz Festivalı keçiriləcək.

XALQ.AZ-ın məlumatına görə, ənənəvi olaraq dünyanın müxtəlif yerlərindən olan məşhur musiqiçilər şəhərimizin qonağı olacaqlar.

Festival çərçivəsində Amerikadan Kreyq Tabornun triosu, Terri Lin Karrinqtonun kvarteti, Terens Blankardın kvinteti, İsrailin Anat Koenin kvarteti, Dominikan Respublikasından Mişel Kamilo, Hindistandan Trilok Qurtu, Amerikadan Stenli Klark, Braziliyadan Bebel Jilbertu kimi dünya şöhrətli musiqiçilərin çıxışı gözlənilir.

Eyni zamanda, Azərbaycanın tanınmış ifaçıları və istedadlı gənc caz musiqiçiləri festival konsertlərində solo proqramlarla çıxış edəcəklər.