Bakıda general-leytenantın maşınına hucum olundu

 

cinqiz

Bu gün saat 18:00 radələrində Dənizkənarı Milli Park yaxınlığında yerləşən “Zabitlər evi”nin qarşısında bir qrup vətəndaş yolu bağlayaraq, Azərbaycan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun maşınına hücum çəkiblər. Yol bir müddət bağlı qalıb.

Xalq.az press24.az-a istinadən xəbər verir ki, Narazı insanlar avtomobilin şüşələrini yumruqlayaraq, nazir müavini ilə görüş tələb ediblər. Lakin Çingiz Məmmədovu müşayiət edən zabitlər valideynlərin israrına məhəl qoymadan, sürücüyə avtomobili vətəndaşların üzərinə sürmək göstərişi veriblər. Nəticədə bir neçə nəfər müxtəlif bədən xəsarəti alıb. Onlar nazir müavinin ünvanına kəskin ifadələr işlətməyə başlayıblar. Vətəndaşlar zabitlərin avtomobili onların üstünə sürmək əmrini nazir müavinin göstərişi olmadan verdiklərinə inanmadıqlarını dilə gətiriblər.

Qeyd edək ki, nazir müavini ilə görüş tələb edən valideynləri narahat edən məsələ onların övladlarının Ali Hərbi Məktəbə imtahansız qəbul edilməmələri ilə bağlıdır. Belə ki, sözügdən məzunlar C. Naxçıvanski adına Hərbi Liseyə 2010-cu ildə TQDK tərəfindən keçirilən imtahanlarda tələb olunan balı toplayaraq qəbul olublar. Üç il liseydə təhsil alaraq, hərbi biliklərə yiyələniblər. Lakin indi onlara bildirilib ki, əvvəlki illərdən fərqli olaraq, bu il liseyi bitirənlər Ali Hərbi Məktəbə daxil olmaq üçün təkrar TQDK tərəfindən keçirilən imtahanda iştirak etməlidirlər. Valideynlər tələb edirlər ki, hərbi liseyi bitirmiş məzunlar əvvəlki illərdə olduğu kimi imtahansız Ali Hərbi Məktəbə qəbul edilsinlər.

Xatırladaq ki, general-leytenant bundan əvvəl 40-a qədər valideyni öz otağında qəbul edib dinləsə də, geniş səlahiyyətlərinə baxmayaraq, onlara heç bir köçək edə bilməyəcəyini bildirib. Bundan qəzəblənən vətəndaşlar Ç. Məmmədovu avtomobilinə qədər təqib edib, ancaq nazir müavini onları dinləmək istəməyib.

9190