Bakıda həbsxana yandı

9

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib.

XALQ.AZ  xidmətin saytına istinadən məlumatına görə, hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub.

Operativ olaraq hadisə yerinə gələn Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

Hadisə vaxtı xəsarət alan olmayıb.

Fakt üzrə Penitensiar xidmət tərəfindən xidməti araşdırma, Fövqəladə Hallar Nazirliyi tərəfindən isə təhqiqat aparılır