Bakıda hicablı qadını zorladılar

hicab

Hadisə paytaxtın Sabunçu rayonu, Albalı qəsəbəsində baş verib.

Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi Zaur Bədəlovun Publika.Az-a verdiyi məlumata görə, hadisə ötən gün gecə saatlarında baş verib.

35 yaşlı Bayramova Samirə Rasim qızı yaşadığı evdə 2 nəfər tərəfindən zorlanıb.

Naməlum şəxslər qadının əl-ayağını və ağzını bağlayaraq onu nəvbə ilə zorlayıblar. Hadisə baş verərəkən o, evdə iki azyaşlı övladları ilə birlikdə olub. Zərərçəkən istintaqa ifadəsində bildirib ki, həmin kişiləri onun ərinin tanışlarıdır. Birinin adı Mübariz, digərinin adı isə Adildir. Samirə Bayramovanın həyat yoldaşı kafedə qəlyançı işlədiyindən hadisə baş verəndə evdə olmayıb.

Bölmə rəisi Zaur Bədəlov Publika.Az-a onu da əlavə etdi ki, zərərçəkən şəxs hicablı qadındır:

“Biz ona zorlama barədə ərinə danışmamağı təklif etdik. Lakin o dedi ki, həqiqətin üstü əvvəl-axır açılacaq və buna görə də, o, hər şeyi ərinə etiraf edəcək. Qadının boğazında şıram izləri də vardı. Hadisəni törədənlər barəsində də əlimizdə bəzi farktlar var. Guya onlar həmin anda içkili olub. Amma hələ ki, saxlanılmayıblar deyə, araşdırırıq. Mübarizi umumiyyətlə tanıyıram. Naxçıvanlı olan bu şəxs qəsəbədə normal adam kimi xarakterizə olunmur. Hətta onun ailə münaqişəsi ilə bağlı bizdə material var”.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanıb. Bütün materiallar Sabunçu Rayon Prokurorluğuna göndərilib.