Bakıda ikimərtəbəli avtobuslar

Avtobus

Bakı küçələrində ikimərtəbəli avtobuslar şütüyür. Bu avtobuslarla Bakı üzrə gəzinti turları təşkil edilir.

Turun müddəti 1,5 saatdır. Marşrut Hökumət evindən Bayıl qəsəbəsinədəkdir. Hələlik bilet 5 manatdır. Lakin bir neçə gün sonra biletlərin qiyməti yerlilər üçün 10, əcnəbilər üçün 20 manat olacaq.

Məktəblilər, tələbələr və əlillər də 5 manat verməklə Bakı turlarına qoşula biləcəklər. 6 yaşınadək uşaqlar üçün isə belə avtobuslarda gediş pulsuz olacaq. Gəzinti avtobuslarının iş qrafiki 11:00-dan 20:00-dəkdir.