Bakıda intihar

 

 

 

Suraxanı rayonu Qaraçuxur qəsəbəsi ərazisində intihar baş verib. 34 yaşlı Emil Qurbanov Yusif  Eyvazov küçəsində yerləşən bağçada özünü ağacdan asıb. Onun ərazidəki məşhur “Maşallah” supermarketin sahibinin xalası oğlu olduğu bildirilir. Həmçinin onun narkotik aludəçisi olduğu da deyilir.

Baş prokurorluğun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Eldar Sultanov Modern.az-a faktı təsdiqləyərək bildirib ki, hadisə mayın 25-də axşam saat 22 radələrində baş verib. Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlayıb.