Bakıda intihara cəhd

Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.

XALQ.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə Naxçıvanski 95 ünvanında qeydə alınıb.

Belə ki, 1999-cu il təvəllüdlü Qurbanlı Amin Şair oğlu yaşadığı binanın üçüncü mərtəbəsindən yerə yıxılıb.

Nəticədə o ağır bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.